İlham Əliyev və Mehriban Əliyeva Zooloji Parkın açılışında iştirak ediblər

  • Опубликовано: 17 дней назад

    APA TV




    Oktyabrın 7-də Bakı Zooloji Parkının yenidənqurmadan sonra açılışı olub.

    APA TV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva açılışda iştirak ediblər.

    Bakı Zooloji Parkı IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulub.

    Xatırladaq ki, vaxtilə Bakıda ilk dəfə Heyvanat Parkı adlandırılan zoopark 1928-ci ildə Xətai rayonundakı Nizami parkının ərazisində açılıb. 1958-ci ildə isə Bayıl ərazisində yeni Heyvanat Parkı fəaliyyətə başlayıb. 1985-ci ildə torpaq sürüşməsindən sonra Zoopark Bayıldan indiki ərazisinə köçürülüb. Əvvəllər ərazinin təmirsiz olması ilə yanaşı, heyvanların saxlanıldığı yerlər də yararsız vəziyyətdə olub.

    IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə burada genişmiqyaslı yenidənqurma işləri aparılıb. Təxminən 4 il davam edən əsaslı yenidənqurma işləri nəticəsində Bakı Zooloji Parkı ən müasir səviyyəyə çatdırılıb.

    Prezident İlham Əliyevin ölkəmizin inkişafı ilə bağlı müəyyən etdiyi strategiyada Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində görülən işlərin miqyası ilbəil daha da artır. Son illərdə Bakıda sakinlərin və şəhərimizə gələn qonaqların rahatlığına xidmət edən çoxlu müasir sosial infrastruktur layihələri icra edilib, yeni park və xiyabanlar, istirahət guşələri yaradılıb. Şəhər həyatının müxtəlif layihələrlə zənginləşdirilməsi sırasında IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulan Bakı Zooloji Parkının xüsusi yeri var. Ümumilikdə, IDEA İctimai Birliyi paytaxtla yanaşı, bölgələrdə də ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli istiqamətində çox mühüm layihələr icra edib. Bakı Zooloji Parkı dünyada mövcud olan müasir zooparklar səviyyəsində yaradılıb. Təbii ki, bu layihə postpandemiya dövründə yenidən Bakıya səfər edəcək turistlərin ən çox üz tutacaqları məkanlardan biri olacaq. Yenidənqurmadan sonra Zooloji Parkın kompleksi ziyarətçilər üçün rahat və maraqlı məkana çevrilib, ümumi ərazisi demək olar ki, iki dəfə artırılaraq 4.25 hektara çatdırılıb.

    Yenidənqurma işləri zamanı ərazidə mövcud olan ağac və kolların tam qorunub saxlanmasına xüsusi diqqət yetirilib. Ümumiyyətlə, abadlaşdırılan və yaşıllıq sahəsi artırılan zooparkda daha təbii mühit yaradılıb. Digər yeniliklər və müxtəlif əyləncə obyektləri ilə yanaşı, ərazidə uşaq meydançası, lektoriya və elektron bələdçi sistemi var. Zoopark hamının, o cümlədən fiziki qüsurlu şəxslərin, bütün yaş qruplarından olan ziyarətçilərin istirahət edə və maariflənə biləcəyi məkana çevrilib. Əsaslı yenidənqurma işləri nəticəsində zooparkın sakinləri üçün daha rahat volyerlər, akvaterrarium, kontakt zooparkı, süni göl və hovuzlar, baytarlıq klinikası inşa edilib. Heyvanların saxlandığı volyerlər hər növün özünəməxsus ehtiyacları nəzərə alınaraq hazırlanıb və sahəsi kifayət qədər genişləndirilib.

    Bakı Zooloji parkının yalnız görünüşü deyil, həm də məram və yanaşmasının yeni olduğu xüsusi qeyd edilməlidir. Zooparkın əsas məqsədi insanlar üçün canlı aləm, xüsusən də Azərbaycanın nadir faunası haqqında məlumat əldə edə biləcəkləri tədris, tədqiqat və konservasiya mərkəzinə çevrilməsindən ibarətdir. Bu xüsusda, Azərbaycanın “Qırmızı kitab”ına daxil olan növlərin təbii populyasiyası və reintroduksiyası baxımından, burada heyvanların artırılması üçün münbit şərait yaradılıb. Hazırda zooparkdakı heyvan növlərinin ümumi sayı 125, “Qırmızı kitab”a düşən növlərin sayı isə 22-dir.

    Qeyd edək ki, zooparklar yalnız əyləncə məkanı deyil, həm də elmi-maarifçilik müəssisəsi funksiyasını yerinə yetirir. Ümumiyyətlə, zooparkın fəaliyyət istiqamətlərinə ətraf mühitin, o cümlədən nadir və nəsli kəsilməkdə olan növlərin mühafizəsi, çoxaldılması üzrə işlərin həyata keçirilməsi, heyvanların müvafiq tələblərə uyğun saxlanılması üçün şəraitin yaxşılaşdırılmasına yönəlmiş tədqiqat işlərinin aparılması, canlı aləm və biomüxtəlifliyin qorunması sahələrində insanların məlumatlandırılması daxildir.


    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: www.youtube.com/APAGROUPOffic...

    Copyright © APA TV

Revan Tagiyev
Revan Tagiyev

Bu park hardadı xaiş edirəm yazın

2 дня назад
Quliyeva Sehane
Quliyeva Sehane

Heyvandanda beterik bize bu qayğı verilmir. Kirayələrdə zülüm çəkir bu millet qiymətləri artırıb kasıbın puluyla tikilir hamısı senin boynunu yere soxum. Qırılır millet balalarınızın üzünə baxa bilmirik

3 дня назад
Qabil Raqimov
Qabil Raqimov

Kasıbın pulu olsa oda ziyarət edər.

3 дня назад
Ayfonov Samsung
Ayfonov Samsung

Ay mehirban xanlm Allah sizi bildyi kimi elesin mende heyle senin kimi yoldaslmla berber xos heyat yasamaq isdyirem acax ehdyac oqederdiki gūnde evde dava gedir bu sebelere gõre aller daqllr ve ya õlūm halarl olur axd dūnyaya inanmayan kafi nece õlesiniz

4 дня назад
Ayfonov Samsung
Ayfonov Samsung

Ay mehirban xanlm Allah sizi bildyi kimi elesin mende heyle senin kimi yoldaslmla berber xos heyat yasamaq isdyirem acax ehdyac oqederdiki gūnde evde dava gedir bu sebelere gõre aller daqllr ve ya õlūm halarl olur axd dūnyaya inanmayan kafi nece õlesiniz

4 дня назад
Viking Viking
Viking Viking

Yaşasın Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyev həzrətləri.🇦🇿🇵🇰🇹🇷

4 дня назад
Ceyhun Valiyev
Ceyhun Valiyev

Ay ilham biraz milleti fikirles

6 дней назад
Animation TV
Animation TV

Huquqlarinizi tələb edin , zoopark ehli olmayin

6 дней назад
Zumrud Ibrahimli
Zumrud Ibrahimli

Millet acindan òlúr ne zoo park.Ondansa, millete kòmek edin.

6 дней назад
Naz Luuna
Naz Luuna

Heyvanlar bir əyləncə deyil.

7 дней назад
Haşım Orucov
Haşım Orucov

Mən bəyənmirəm zooparklari. Çünki yazıq heyvanlarin yeri təbiətdir qəfəs yox

7 дней назад
Anar Sukurov
Anar Sukurov

O gün olsun ikiayaqlılara da belə qayğı göstərilsin. Necə deyərlər Heyvanların sağ ayağı bizim başımıza 😀

7 дней назад
Davud Kerimov
Davud Kerimov

Siz kef edin gulun camahat acindan olur. Siz meymuna baxin gulun.girisde 5manat men getmekcun ailelikce gerek 20manatim olsun gucdu pensiya maaw verirsiz axi hele gulursuzdr isigida artir qazida suyuda

7 дней назад
Альберт гиясь
Альберт гиясь

Однаго зов парк не хватала 🤣🤣🤣

7 дней назад
Turan
Turan

Ilham eliyevi mehribanla birlikde pelengin qefesine salmaq lazimdir. Qoy gorsunler 18 ildir xalqin etini yeyib qanini icmek nece olur

7 дней назад
Gunel Eliyeva
Gunel Eliyeva

Sadece demek isteyirem ki baki merkezden ibaret kas her yerini fikir verseler helede kanalzasiya ' suyun ' zibil qabinin bele olmadigi qesebeler var

7 дней назад
Tural Tural
Tural Tural

Ele de deyirsiz turistlerin uz tutacaqi ilk yeridi ,hele bil dunyada zoopark yoxdu,en balaca en az heyvani olan zoopark ele bizdedi,siz yeqin xarixde zooparklari gormemisiz,

8 дней назад
Sevil Yaqubova
Sevil Yaqubova

nolsunki qiymetide bahalasib elebil bizde turistik😊

8 дней назад
Nicat Miriyev
Nicat Miriyev

Zorparkda lboy heyvan olmalidi. Fil yoxdu zürafə yoxdu bele wey olar?

8 дней назад
Xumar Mikayılova
Xumar Mikayılova

Heqiqeten ela mohtewem olub👏👏👏👏👏👏👏

8 дней назад
Камран Бакинец
Камран Бакинец

Ümüd edirik giriş pulsuz olar . SSSR vaxtı pulsuz idi ...

9 дней назад
Samir Quseynov
Samir  Quseynov

Yazıx heyvanlar birazdan sonra aclıqdan batıb qırılacaq hacan xalıqa cörək verdiki Qaldı sizə də versin bu ailə həmi insan Qatillər di həmi heyvanlar Qatillər DİKTATOR İLHAM ƏLİYEV

9 дней назад
Leyla Mammadova
Leyla Mammadova

Iyden ora uwaglari apara bilmirdim😂 Yazig heyvanlar sag qalanlar ag gune cixdi nehayetki😆

9 дней назад
Gulara Huseynova
Gulara Huseynova

🤣

8 дней назад
Sebine Agayeva
Sebine Agayeva

SUPERRRRRR 👍👍👍👍👍👍😘😘😘😘😘🙏🙏🙏🙏🙏

9 дней назад
Ziba Elizade
Ziba Elizade

Neciyedir giriş bilen varsa zəhmət olmasa yazsinda

9 дней назад
zara zara
zara zara

Leyla xanima tesekkur edirik

9 дней назад
Rena Rena
Rena Rena

Bakıda yaşayıram amma harda yerləşir bilmirəm bilən yazsın ünvanın gedim məndə😂

9 дней назад
Matrix 5
Matrix 5

Dünyamız gündən-günə gözəlləşir. Şükürlər olsun☺️🤲

9 дней назад
Nəsrin Əliyeva
Nəsrin Əliyeva

Heyvanlar da digər canlılar kimi təbiətin bir parçasıdır, onları təbiətdən ayırıb qəfəslərə salmaq heç də düzgün deyil. Uşaqlar və böyüklər üçün əyləncə mənbəyi olmamalıdır bu hal.

10 дней назад
Mehralı Abbasov
Mehralı Abbasov

Zoopark yerinə Milli parklarda xüsusi maşınlarla Safari kimi vəhşi təbiət ekskursiyaları təşkil edilsə idi çox daha gözəl bir iş çıxardı. Həm yerli həm də turistik baxımından çox məhsuldar və faydalı bir hal olar.. Zoopark heyvanlara zülmdən başqa bir şey deyil..

10 дней назад
necati safarov
necati safarov

Eyy bu aile her șey edir ama bizim bezi vampirler bu aile űzűnű çevirib geden kimi bașlayirlar qan emmeye insallah her șey daha yaxșı olar

10 дней назад
Ulkar Aliyeva
Ulkar Aliyeva

Amerikadaki zooparklara oxshadi halaldi eledi

10 дней назад
Ulkar Aliyeva
Ulkar Aliyeva

👍🙏

10 дней назад
KHalilova happy
KHalilova happy

Zehmet olmasa sirkimizide duzeldseler gozel olar Sovetin vaxtindan qalmish temirdi berbad haldadi

10 дней назад
ilham həsənli
ilham həsənli

Məmurları qarışığ öz yerləridə görünür o zooparkda

10 дней назад
papatya
papatya

İnsaatcilar metrosundan bura nece getmey olar?

10 дней назад
Ламия Мирзалиева
Ламия Мирзалиева

Birazda marketlerdeki qiymetleri paylashin,memurlarin rushvetinden,qazin ,suyun qiymetinden,verilen maashlardan

10 дней назад
Namiq Asadullayev
Namiq Asadullayev

Ayı əti yeyiblər, indi də şir əti yeyərlər.

10 дней назад
ZaurMusa
ZaurMusa

Atalar sözü 1-ci :soğan yeməmisənsə icin niyə göynəyir? 2-ci hansı qələbədən danışırsan ki indiyənə kimi erməni qarabağda at oynadırdı indi isə ruslarla birgə at oynadırlar 3-cü devlət başcısının yaxın ailə üzvləri hec bir bizneslə məşqul olmağa qanun icazə vermir. 4-cü sənə bu Azərbaycan xalqı nə pisdik ebib ki, sən və sülalən bu xalqı acınacaqlı vəziyyətə gətirib cıxarmısan ( məğlub olmuş ermənistanda necə əsgər özünə intihar edib və azərbaycanlı əsgərlərin necəsi özünə intihar edib bilirsizmi? Ermənistan 0 adam azərbaycanlı əsgər və zabitlər onlarla ) 5-ci özünə hörmət qoyan şəxs sənin səviyyəndə hər deyilən və ya atılan daşa cavab verməz ( gah paşınyana hədə qorxu gəlirsən gah sarkisyana) gördünmü sən sü qovuşandan sarkisyana hədə qorxu gəldim ancax sarkisyan sənin ərazin olan xankəndindən və xocalıdan sənə mesaj göndərdiki, kişiliyin varsa gəl burda , sənin devlətinin tən ortasındayam burda söhbət edək. Nəysə baş ucaldan deyilsən baş tutansan sən.

10 дней назад
Nergiz Bagirova
Nergiz Bagirova

Ilham Eliyevin yakisikligina bayiliram !!!

11 дней назад
Aynur Məmmədova
Aynur Məmmədova

Harda yerləşir ora necə getmey olar biz Sumqayıtda qalırıq

11 дней назад
Imran Lalayev
Imran Lalayev

HARDA YERLESIR BURA ?

11 дней назад
İlahe Süleymanova
İlahe Süleymanova

Əla

11 дней назад
M3
M3

Görəsən giriş qiyməti neçəyədir.

11 дней назад
Imran Lalayev
Imran Lalayev

Usaglar 3 manat boyukler 6 manat men bunu size dedim sizde harda yerlesdiyinindierdizde

11 дней назад
Imran Lalayev
Imran Lalayev

Usaglar 3 manat boyukler 6 manat men bunu size dedim sizde harda yerlesdiyinindierdizde

11 дней назад
Рамзан Ахмат
Рамзан Ахмат

O heyvanlar acınan öldürməyin birdeki gozluyn ha timsahlar sizi yiyer birden ama yaxşı olardı

11 дней назад
O`Bektash projects
O`Bektash projects

Heyvanları qəfəsdən azad edin

11 дней назад
Ruslan Qurbanli
Ruslan Qurbanli

Salam bu gencilkdekidir ? Fealyet gosterir uje bilen vars yazsin

11 дней назад
Zəhra Huseynova
Zəhra Huseynova

Bura giriş neçəyədir zəhmət olmasa deyin

11 дней назад
Imran Lalayev
Imran Lalayev

Bilmirem men ama siz harda yerlesdiyini bilirsizniz?

11 дней назад
düşün ve hayal et
düşün ve hayal et

Parka giriş ödənişi Böyüklər 6m Uşaqlar 3m

11 дней назад
Вадик Петров
Вадик Петров

🇦🇿🇦🇿🇦🇿👍🤘

11 дней назад
Mədinə Əliyeva
Mədinə Əliyeva

Burada covid pasportu lazımdır?

11 дней назад
Said Saidov
Said Saidov

Супер отлично. Вот развития культура

11 дней назад
Sahin Samuray
Sahin Samuray

Giriş neçiyədir?

12 дней назад
Абиль Машкур Оглы
Абиль Машкур Оглы

Лайк елейин йохса ерменилер вурар 0

12 дней назад
Çarəsiz millet
Çarəsiz millet

İnsaAllah turistlərin aldığı qiymətə yerli camaat bilet almaz

12 дней назад
Star Stars
Star Stars

Bilet neçyedr ki?

5 дней назад
lə ilahə illəllah
lə ilahə illəllah

😅bax bunu düz dedin

10 дней назад
Fatime Veliyeva
Fatime Veliyeva

Halal olsun Leylaya men 2017 ilde getmiwidm acidim heyvanlarin halina yaziglar beton ustunde idiler

12 дней назад
Niyazi Ibrahimov
Niyazi Ibrahimov

Zooparka söz yox. Dünya standartları. Hasarın hər iki tərəfində.

12 дней назад
İzo Aksoy
İzo Aksoy

İnsanoğlu ne qeder vicdansız olar.Sizi türməyə salsalar xoşunuza gələr? Gedip necə eylenirsiz bu parklarda? Elə bilirsiniz onlar xoşbəxtdi? Azadlıqlarını almısınız əllərindən. Allah sizi bildiyi kimi eləsin. 3 ay sonra heç o heyvanlara yemek vermeyecekler. İnsanlardan o qədər tiksinirim ki. Vejeteryan olmaq üçün and içdim. Gələcəkdə bunla mübarizə aparacam. Heyvanlar sizin əşyanı deyil!!! Anlayın Artıq!! Bəsdi daha bu vicdansızlıq.

12 дней назад
Bayramova Cinare
Bayramova Cinare

əvbəlki yerindədi bu zooloji park?

12 дней назад
Namilə Əsədova
Namilə Əsədova

Salam ünvan hardadi

12 дней назад
Sebuhi Cabbarov
Sebuhi Cabbarov

Superdi,👍👍👍👍👍👏👏👏👏👏

12 дней назад
Rana Iskandarova
Rana Iskandarova

Allahdan ailece xalg ucun gece gunduz calisirlar eluyevler ailesi.sehid ailelerine evler tikseler daha mentigli olmazdimi.utanmadan kameraya pozlar verirler.🤔🤔🤔

12 дней назад
Nilay Penah
Nilay Penah

sevinimmi agliyimi bilemedim

12 дней назад
Mika Mika
Mika Mika

Ne yaxşi duzub yaratmisiniz allah sizi qorusun 🙏

12 дней назад
Let's learn and teach together
Let's learn and teach together

Bu günümüzə min şükür nəyinki şirin quyruğu ilə oynuyuruq hətta şiri qəfəsə salıb özünüdə oynada bilirik 😂

12 дней назад
Günay Elekberov
Günay Elekberov

Əla.

12 дней назад
Abdurrahim Hüseynzadə
Abdurrahim Hüseynzadə

Zoopark qədər lazımsız bir yer yoxdur... təsəvvür edin ömrü boyu qəfəsdə,kimsənin bir tikə yeməyinə möhtac ,öyrəsmədiyiniz təbiət... zülüm deyilmi heyvana? Bura uşaqlarımızı aparıb göstərək görün biz insanlar olaraq necə qeddariq... Nə vaxt anlayacaq bu insanlıq ki, heyvanlar da bizim kimi yer üzünüz sakinidi onlari qəfəsə salmaga heç kimin haqqı yoxdur.

12 дней назад
Fuad Cebrayilli
Fuad Cebrayilli

Əgər diqqətli qulaq asdınısza dedilər ki nəsli tükənməkdə olan heyvanları xüsusi qoruma və populasyalarının artırılma işləri aparılır.

18 часов назад
Kenan Samedzade
Kenan Samedzade

Temiz söhbet

2 дня назад
Zurab Harunov
Zurab Harunov

CazakumuLLahu Xayrun

6 дней назад
Naz Luuna
Naz Luuna

Siz hələm sıranı ora görsəz, içi mənim qohumlarım, dəhşətə gələrsiz...hayıf. Dərs olmadı bu pandemiya və qəfəs insanlara... Yenədə zülmə davam. Birazdan sirki də təmir edərlər, yeni heyvanlar gətirilər zülm üçün.

7 дней назад
Abdurrahim Hüseynzadə
Abdurrahim Hüseynzadə

@Kosmosdan Gələn Adam haqlısınız))

7 дней назад
Ramil Kazimov
Ramil Kazimov

Hmm yaxsidi

12 дней назад
Qamar Zade
Qamar Zade

Azerbaycanda insana da nevaxtsa qayği gosterilecek goresen..

12 дней назад
Lamiye Hesenli
Lamiye Hesenli

Çox gozel olub ela azerbaycana gelende bakiya gedende ilk ora gedecem 🤭

13 дней назад
Lamiye Hesenli
Lamiye Hesenli

@Aynaz Elekberli salam aynaz xanim.

13 дней назад
Aynaz Elekberli
Aynaz Elekberli

Salam Lamiye xanim

13 дней назад
Susqun_fərat
Susqun_fərat

Elədə danışırsız ki guya nəsə eləyiblər. Bu park 25 il bundan əvvəl abad olmalı idi indi yox. İfunətin iyindən parka yaxın düşmək mümkün deyildi.

13 дней назад
👾Play иры😉
👾Play иры😉

Pasport lazimdir akvariuma girmek uzun?

13 дней назад
Ali Polad evcil kuşlar
Ali Polad evcil kuşlar

Bu geder büyük hayvanat parkinda 4 kisi var anlayana tabi ki nerde azerbaycan halkı nerede cocuklar açılış ya çocukların aylelerin gelmesi lazim ama yok NIYE?

13 дней назад
Ali Polad evcil kuşlar
Ali Polad evcil kuşlar

Goresen senini annen kaçıncı hanım Azerbaycanda aparici elede icten deyirsen ki. Benim Annem Azerbaycanda birinci hanım birinci Anne baskasinida tanimiram

13 дней назад
Maryam Osadcenko
Maryam  Osadcenko

Дельфинариная нет. Даже в бедной Грузии в Батуми есть а у нас нет.

13 дней назад
Firdovsi Memmedov
Firdovsi Memmedov

Super ela👍👍👍👍👍😊

13 дней назад
Рома Раман
Рома Раман

Gun geler sene o kletkada olarsan xalq sene baxar

13 дней назад
Gunel Eliyeva
Gunel Eliyeva

Çox sağolun necə səliqəlidir yaxın zamanlarda oğlumu getirecem

13 дней назад
Gunel Eliyeva
Gunel Eliyeva

@Aynaz Elekberli salam buyurun eşidirəm

13 дней назад
Aynaz Elekberli
Aynaz Elekberli

Salam Gunel xanim

13 дней назад
Gunel Eliyeva
Gunel Eliyeva

Giriş necədi goresen

13 дней назад
Afto MM
Afto MM

Eladı bu heyvanların qaygıya ehtiyacı var bu işi beyendik amma bunlara verilen deyer qeder bu evsiz insanlarada qaygı olsa Yaxşı olar

13 дней назад
Samire Samire
Samire Samire

Hardadi bu?

13 дней назад
Mayya Gurbanova
Mayya Gurbanova

Koment yazanlara xususu tewekkurler, bizim xalg insani guldurmeyi bacarir. Zooparkdaki heyvanlara ise sebr dileyirem.

13 дней назад
Aynaz Elekberli
Aynaz Elekberli

Salam Mayya xanım

13 дней назад
77 88
77 88

Usaq pulu versin analar aparsin rahat hammini imkanı yoxdu her şeye pul çatır usaq puluna gelende menim oğlum boyukdu yeni kasib aileleri fikirlesirem

13 дней назад
Evliya Çələbi
Evliya Çələbi

"Sagolsun" ilham eliyevi Xankendin ala bilmesede xalqdan ogurladigi milyardlarla ingiltereni alib👏👏ingiltere Azerbaycandir👍

13 дней назад
YunSul SulYun
YunSul SulYun

Komentlərdədə zoopark açıblar.

13 дней назад
Магаммед Агашов
Магаммед Агашов

Cox kozal olardl bu heyvanlarln yerna talxay dusuy manlsdar olardl

13 дней назад
Sevir Sevmir
Sevir Sevmir

Neceb fil yoxdu🤪?

13 дней назад
Волк Гурд
Волк Гурд

İlham Əliyev və ailəsi splaşnoy zooparkdida elə, Azərbaycan xalqının düşmənləri

13 дней назад
Elnur Sadıqov
Elnur Sadıqov

Heyvanlarında naxışlı naxışsızı olur. Eləsi var milyonluq villada yaşayır milyonluq maşında gəzir.Bahalı yeməklər yeyir. Eləsidə var bular kimi iylənmiş ətlə bəslənib dəmir barmaqlıqlar arxasında yaşamağa məhkum olur.İnanınki buların ovlanma refleksidə yox dərəcəsindədi.

13 дней назад
Sefiye Meherremova
Sefiye Meherremova

Heyvanlar gözəldi

13 дней назад
Qelbinur Berde
Qelbinur Berde

Yaşa Ali Baş Komandanim

13 дней назад
Altun Isgenderli
Altun Isgenderli

Biletler neciyedi? Xahis edirem ele edin ki kasiblarda gede bilsin

13 дней назад
sevinc haciyeva
sevinc haciyeva

bpyüklər 6 man uşaqlar 3 man

11 дней назад
Mehriban Nazarova
Mehriban Nazarova

Biz Rusiyada yaşayiriq burda böyûkler üçün 800 rubl,uşaqlara isə giriş pulsuzdur

13 дней назад
Ilahe Eliyeva
Ilahe Eliyeva

Qiymetler cox bahadir 5 neferin odenisine bir eded sir alarsan

13 дней назад
Aygün Xankişiyeva
Aygün Xankişiyeva

Siri yedizdirmek ucun et nece? Ucuzdu?

12 дней назад
Könül Könül
Könül Könül

Evveller gedirdik,maraqliydi insallah temirden sonra daha yasi olar getmeye deyer

13 дней назад
Телли Алиева
Телли Алиева

Зопарка кетма чамааты йохла зопарктда олан хейванлар ахалидан йахшы йашайыр

13 дней назад
Turan Quran var olsun!!!
Turan  Quran var olsun!!!

O gün olsun ki,bütün şirlər quyruğunu qısıb Əliyevə möhtac qalsınlar.amin.

13 дней назад
ilham həsənli
ilham həsənli

Heç bir canlı əliyev kimilərə möhtac deyil nə varsa bir olan ALLAHA möhtacdır

10 дней назад
Cavid Zerbeliyev
Cavid Zerbeliyev

TİMSAH VAR ORDAAAA

13 дней назад
EDGAR
EDGAR

Zopark acmaq lazim deyil milleti xalqi dusunmek lazimdir biraz

13 дней назад
Mehemmed Ceferov
Mehemmed Ceferov

Göresen covid pasportu teleb olunur ?

13 дней назад
RAI DON
RAI DON

Lap Almaniyanini Heyvanhanasina oxsayib,cox sagolun

13 дней назад
RAI DON
RAI DON

@Adil Ağa Almaniyada bu normaldi, amma Azerbaycanda normal deyil. Men Heyvanlarin evezinden tesekür etdim, onlari zülümden gurtardi, elemiyede bilerdi.

12 дней назад
Adil Ağa
Adil Ağa

Almanyana heyvanxananin temirden sora Merkele teşekkur edirdiler? Ayibdir bu qeder tusuk olmaq lazim deyil

13 дней назад

Далее

"Анна". Фильм к юбилею Анны Нетребко

1:13:41

Я ТИРАН И АБЬЮЗЕР...

29:20

Я ТИРАН И АБЬЮЗЕР...

Solyarchin

Просмотров 195 тыс.

9 min manat verib torpaq aldı, başqası ev tikir

4:13

9 min manat verib torpaq aldı, başqası ev tikir

APA TV

Просмотров 1,9 тыс.

Komedixana 130-cu Bölüm  09.10.2021

47:25

Komedixana 130-cu Bölüm 09.10.2021

Komedixana

Просмотров 460 тыс.

Великолепный хинкали! 5 секретов, чтобы сотворить чудо

16:57

Я ТИРАН И АБЬЮЗЕР...

29:20

Я ТИРАН И АБЬЮЗЕР...

Solyarchin

Просмотров 195 тыс.

Первый выезд на BMW из столба. Ваня держись!

30:14

Первый выезд на BMW из столба. Ваня держись!

Мастерская Синдиката

Просмотров 1,9 млн